Accessibility links

Subaylar Günü dünyanın ən böyük elektron kommersiya tədbiridir


Çin istehlakçıları “Subaylar Günü”ndə onlayn alış-verişə milyardlarla dollar xəcləyirlər. Çinlilərin satış təşviqi günü ideyası dünyanın ən böyük elektron kommersiya tədbirinə çevrilib.

Ölkənin ən böyük elektron kommersiya şirkəti Alibaba Group bildirib ki, şənbə günü qeyd edilən “Subaylar Günü” günorta saatına qədər plarformalarında edilən satışların ümumi həcmi $19 milyard dollar təşkil edib. Bu günə aid olan endirimlər gecəyarısından etibarən qüvvəyə minib.

Alibaba Group-un əsas rəqibi olan JD.com saytında isə bildiriblər ki, noyabr ayının ilk günündən onların platformalarında edilən satışlar 16.7 milyard dollara qədər qalxıb. Sayt, “Subaylar Günü” ilə bağlı endirim kampaniyasına ayın əvvəlində start verib. Gecə yarısından etibarən isə saytda alınan brilyantlar, dondurulmuş qızılbalıq, təkərlər, uşaq bezləri, pivə, ayaqqabı, çanta və cihazlar alıcılara poçt ilə göndərilməyə başlayıb.

Subaylar Günü 90-cı illərdə Çin tələbələri tərəfindən sevgililəri olmayan insanların Valentin Gününün versiyası kimi qeyd edilməyə başladı.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG