Accessibility links

Suda həll olunan hamiləlik testi [Video]


Suda həll olunan hamiləlik testi
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Evdə edilən hamiləlik testləri qadınlarda həyəcan yaradır. Bununla yanaşı onlar istifadə etdikləri testləri atmaq və nəticələrini gizlətmək üçün stress keçirir. Amma indi artıq buna ehtiyac qalmayacaq, çünki Lia adlı yeni testi istifadə edəndən sonra tualetə atıb suyu çəkərək, ondan qurtulmaq olar.

Betani Edvards və iş yoldaşları hamiləlik testləri ilə çox vaxt keçirir.

Məncə gizli hamiləlik testi qadınları cəsarətləndirə və gücləndirə və onların başqalarının müdaxiləsi olmadan test etmələrinə imkan yarada bilər
Dr. Mira Şah

“Biz bir çox sidik testindən keçmişik,” deyə Lia Diagnostics-in həm-təsisçisi Edvards bildirir.

Edvards Lia adlı yeni və təkmilləşdirilmiş hamiləlik testi hazırlayıb.

“Biz tualetə atıla və bioloji baxımdan həll oluna bilən ilk hamiləlik testini ixtira etmişik. Ərzaq və Dərman Adminstrasiyası da onu təsdiq edib. Ona görə biz çox həyəcanlıyıq,” Edvards deyir.

Ənənəvi hamiləlik testləri kimi Lia da sidikdə hamiləlik hormonu olan HCG-nin olub-olmadığını müəyyən edir. Testin nəticələrinin 99 faiz hallarda doğru olduğu deyilir. Lakin ənənəvi testlərdən fərqli olaraq, Lia plastik əvəzinə kağızdan hazırlanıb.

Betani Edvards: “Biz həm qadınlar həm də planet üçün həll yolu hazırlayırıq.”

Lianı hazırlayanlar onun tualet kağızı kimi parçalandığını və standard kanalizasiyalar ilə septik sistemlərə atıla bildiyini deyir.

“Biz xüsusi örtük hazırlamalıydıq ki, test istifadə olunanda parçalanmasın, amma tualetə atandan sonra parçalana bilsin. Bizə möhkəmliyi və strukturu olan nə isə lazım idi ki, suya atılandan sonra davamsız hal alıb, parçalansın,” Evards deyir.

Bu test həm də qadınlara testi gizli keçirməyə və nəticələrini gizlətməyə imkan verir.

“Bir çox qadın hamiləlik testlərini zibil qutularına atmaları və ya testləri ictimai tualetlərdə etmələrindən bəhs edir,” deyə Edvards bildirir.

Biz tualetə atıla və bioloji baxımdan həll oluna bilən ilk hamiləlik testini ixtira etmişik. Ərzaq və Dərman Adminstrasiyası da onu təsdiq edib. Ona görə biz çox həyəcanlıyıq.
Betan Edvards

“Məncə gizli hamiləlik testi qadınları cəsarətləndirə və gücləndirə və onların başqalarının müdaxiləsi olmadan test etmələrinə imkan yarada bilər,” deyə ailə sağlamlığı həkimi Dr. Mira Şah bildirir.

Bir digər vacib amil isə qiymətdir.

“Mən tez-tez hamiləlik testlərinin baha olduğunu eşidirəm. Testin qiyməti reproduktiv sağlamlıq xidmətlərinə kifayət qədər çıxışı olmayan xəstələr üçün əngəl yaradır,” Dr. Şah söyləyir.

Lia 2018-ci ilin üçüncü rübündə satışa buraxılacaq və 7 ilə 8 dollar arasında bir qiymətə satılacaq.

XS
SM
MD
LG