Accessibility links

Darfurda sülhməramlı qüvvələrin sayı azaldılır


BMT-nin Təhlükəsizlik Şurasında Sudanın Darfur regionundakı sülhməramlı qüvvələrin 30 faizə qədər azaldılmasına yekdilliklə səs verilib.

Sülhməramlı qüvvələrin Darfurdan çıxarılması prosesi tədricən həyata keçiriləcək.

BMT Təhlükəsizlik Şurası Darfurdakı vəziyyəti yaxından izləməkdə davam edəcək.

Britaniyanın sponsorluğu ilə əldə edilən qətnamə Drafurda təhlükəsizlik vəziyyətinin düzəlməsi və ABŞ-ın BMT-yə sülhməramlı əməliyyatların 600 milyon dollarlıq vəsaitinin ixtisarına dair təzyiqləri ilə əlkdə edilib.

İnsan haqları ekspertləri isə Darfurda vəziyyətin hələ də gərgin olaraq qaldığını və BMT-nin qüvvələri azaltmasının mülki vətəndaşların təhlükə qarşısında qoyulması demək olduğunu bildirib.

BMT-nin baş katibi Antonio Qutteres ilin sonunadək şuraya haqqında danışılan bölgədən əlavə qüvvə çıxarılması barədə məlumat təqdim etməlidir.

XS
SM
MD
LG