Rəsmilər cənubi Sudan ordusu ilə qiyamçı dəstələr arasında növbəti qarşıdurmanın onlarla itkiyə səbəb olduğunu bildirib.
Sudan rəsmiləri bazar günü qarşıdurma başlayandan bu günə qədər 40 əsgərin həlak olduğunu bildiriblər.
Militant qrupun lideri Sudan Xalq Azadlıq Ordusunu yanvar atəşkəs şərtlərini pozmaqda təqsirləndirib.
Atəşkəs cənubi Sudanın böyük səs çoxluğu ilə şimaldan ayrılmağa dair islahatları təsdiq etməsi ilə eyni vaxta təsadüf edir.