Accessibility links

Rusiya Sudana “hər bir xarici müdaxilə”-nin əleyhinədir


Rusiyanın aparıcı diplomatı deyir ki, Moskva Sudana “hər bir xarici müdaxilə”-nin əleyhinədir. Bu həftə ordunun etirazçılara divan tutması nəticəsində 100-dən çox etirazçı həlak olub.

Xarici işlər nazirinin müavini Mixail Boqdanov iyunun 6-da deyib ki, Afrikanın bu ölkəsində böhranı həll etmək üçün dialoq və kompromis lazımdır.

“Təbii ki, bunu etməkdən ötrü asayiş bərqərar olunmalıdır, durumun sabitləşməsini istəməyən ekstremistlərə və provokatorlara qarşı savaşmalısan,” Rusiyanın RIA xəbər agentliyi Boqdanova istinadla yazıb.

Mixail Boqdanov
Mixail Boqdanov

Ancaq o, hansı qüvvələri ekstremistlər və provokatorlar hesab ediyini açıqlamayıb.

“Biz hər hansı xarici müdaxiləyə, sudanlıların nəyəsə məcbur edilməsinə qarşıyıq” o, sözlərinə əlavə edib.

Nazir müavininin dediyinə görə, rusiyalı diplomatlar bu ölkədə müxalifət daxil olmaqla, bütün siyasi qüvvələrlə əlaqə saxlayırlar.

İyunun 3-də Sudanda əsgərlər və yarı-hərbi qüvvələr demokratiyaya keçid tələb edən etirazçılara divan tutub. Tibbi mənbələr azı 108 nəfərin öldürüldüyünü deyir.

Hücumdan öncə hakim Keçid Hərbi Şurası ilə demokratiya fəalları ölkənin gələcəyinə dair bir neçə həftə danışıqlar aparıblar. Apreldə Prezident Ömər Əl-Bəşir devriləndən sonra Sudanda zorakılıq səngimək bilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG