Accessibility links

Sudanda döyüşən fraksiyalar şənbə günü Səudiyyə Ərəbistanında danışıqlar aparır


Ciddə, Səudiyyə Ərəbistanı. 3 may, 2023.
Ciddə, Səudiyyə Ərəbistanı. 3 may, 2023.

Sudan münaqişəsində döyüşən tərəflər möhkəm atəşkəs razılığı üzərində danışıqlar aparmaq üçün cümə günü Səudiyyə Ərəbistanına nümayəndə heyəti göndəriblər.

Şənbə günu Səudiyyə Ərəbistanının Ciddə şəhərində başlayan danışıqlar döyüşlərə son qoyma məqsədilə tərəfləri üz-üzə gətirək üçün beynəlxalq səylərin nəticəsidir.

Sudan rəsmiləri The Associated Press-ə bildirib ki, Ciddə danışıqlara Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar vasitəçilik edəcək.

Sudan rəsmiləri həmçinin AP-yə bildirib ki, müzakirə olunan məsələlər arasında Xartum və Omdurmanda humanitar dəhlizlərin açılması və mülki infrastruktur, o cümlədən səhiyyə müəssisələrinin müdafiəsi olacaq.

Bu ilk dəfədir ki, aprelin 15-də döyüşlər başlayandan bəri General Abdel-Fəttaj Burhanın rəhbərliketdiyi Sudan ordusu ilə General Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi rəqib yarı-hərbi Çevik Dəstək Qüvvələrinin nümayəndələri arasında danışıqlar keçirilir.

Döyüşlər artıq yüzlərlə insanın ölümünə səbəb olub, yüz minlərlə insan qaçmağa məcbur olub, Sudan dağılmaq astasında çatıb.

Şənbə günü keçirilən danışıqlardan əvvəlki kövrək atəşkəs razılıqları döyüşlərə son qoymaqda müvəffəq olmayıb.

BMT-nin miqrasiya agentliyi bu həftə bildirib ki, döyüşlər nəticəsində azı 334 min insan məcburi köçkün olub. Bundan əlavə 100 min insan ölkədən qaçıb. BMT-nin qaçqın agentliyi xəbərdarlıq edib ki, döyüşlər 800 min insanın Sudandan qaçmasına gətirib çıxara bilər.

Çoxları Sudanla sərhəd bölüşən yeddi ölkəyə, Çad, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Misir və Efiopiaya qaçır.

Yardım əməliyyatlarının çoxu təhlükəsizlik səbəbilə ya dayandırılıb ya da əhəmiyyətli dərəcədə azaldılıb. Norveç Qaçqın Şusarı çərşənbə günü bildirib ki, onların sudanlı könüllülərindən biri bazar günü Qərbi Darfurun Geneina şəhərində öldürülüb.

Bundan əlavə talançılıq da yardım əməliyyatlarını çətinləşdirib.

Dünya Ərzaq Proqramı bu həftənin əvvəlində bildirib ki, Sudandakı anbarlarından təxminən 17 min ton ərzaq oğurlanıb.

“Bu, 13-14 milyon ABŞ dollarına bərabərdir,” Dünya Ərzaq Proqramının ölkə üzrə direktoru Eddir Rou cümə axşamı Reuters-ə müsahibəsində bildirib. “Demək olar ki, hər gün əlavə talan xəbərləri alırıq.”

Dünya Ərzaq Proqramı qalan tədarükü müyyən etməyə çalışdığını bildirib. Dünya Ərzaq Proqramının döyüşlərdən öncə ölkədə 80 min tondan çox ehtiyatı olub. Agentlik hələ də qarşıdan gələn günlərdə 384 min insana ərzaq yardımı etməyi planlaşdırır.

BMT qaçqın agentliyinin Darfur üzrə koordinatoru bildirib ki, talançılıq regionda uzun müddətdir bir problemdir və onların müəssisələrindən çoxunda aprelin 15-dən sonra oğurluqlar baş verib.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası cümə axşamı Sudan Qırmızı Aypara Cəmiyyətinin 200 min insana yardım çatdırmasını dəstəkləmək üçün fövqəladə yardım istədiyini bildirib.

XS
SM
MD
LG