ABŞ Dövlət Departamenti Sudan prezidenti Ömər Əl Bəşir ölkədəki bütün siyasi məhbusların dərhal azadlıqdan buraxılmasına göstəriş verdikdən sonra Xartumda baş verən hadisələri yaxından izlədiyini bildirib.
Əl Bəşirin məhbusları azadlığa çıxardığına əmr verdiyinə dair xəbər dövlət xəbər agentliyi SUNA tərəfindən yayılsa da, Dövlət Departamenti rəsmisi Amerikanın Səsinə deyib ki, hələ də hər hansı siyasi məhbusların sərbəst buraxıldığı təsdiq olunmayıb.
Sudan prezidentinin sərəncamının hökümət əleyhinə etirazları yatırmaq məqsədilə edilən kütləvi həbslərdən həftələr sonra hökümətin “barışıq və sülh” yaratmaq səylərinin bir hissəsi olduğu güman edilir.
Şimali Afrika ölkəsi valyuta böhranı və yüksək inflasiya ilə üzləşir. Bu səbəblə ölkədə iğtişaş yaranıb, amma təhlükəsizlik qüvvələri mütəmai olaraq ictimai nümayişlərin qarşısını alınır.