Accessibility links

Pakistanda şiə məscidinə edilən bomba hücumu azı 56 nəfərin ölümünə səbəb olub


İntiharçının Pakistanın şimal-qərbində izdihamlı şiə məscidində bombanı partlatması azı 56 nəfərin ölümünə, 194 insanın yaralanmasına səbəb olub.

Ölümcül hücum şimal-qərb Hayber-Pahtunxva vilayətinin mərkəzi Pişəvər şəhərinin insanların çox olduğu məhəlləsində cümə günü günorta namazı zamanı baş verib.

Yaxınlıqdakı Lady Ready xəstəxanasının sözçüsü Məhəmməd Asim itkilərlə bağlı məlumatı təsdiqləyib. O, jurnalistlərə yaralılar arasında on nəfərdən çoxunun "vəziyyəti kritik olduğu üçün" ölənlərin sayının arta biləcəyini deyib.

Yüksək rütbəli polis məmuru Harun Rəşidin jurnalistlərə bildirdiyinə görə, məşhur Qissa Xvani bazarındakı yüzlərlə ibadətçinin olduğu məscidə basqın edərək, üzərindəki bombanı partlatmazdan əvvəl intiharçı qapıdakı iki polis mühafizəçisini öldürüb.

Şahid Şayan Hayder məscidə girməyə hazırlaşarkən güclü partlayış onu küçəyə atıb. "Gözlərimi açanda hər yer toz içərisində idi və cəsədlər var idi", İngilis dilində nəşr edilən Davn qəzeti Şayandan sitat gətirib.

Baş nazir İmran Xan hücumu qətiyyətlə pisləyib və rəsmilərə zərər çəkmiş insanlara gərək olan təcili yardımın göstərilməsini tapşırıb.

Son illərdə Pakistanda ən ölümcül partlayışlardan biri olan bu partlayışın məsuliyyətini öz üzərinə götürən olmayıb.

Əksəriyyəti sünni müsəlmanların yaşadığı Pakistanda şiələrin ibadət yerlərinə hücumlar qeyri-adi hal deyil. İslam Dövləti terror qruplaşması və qanunsuz Pakistan Talibanı ilə əlaqəli yaraqlılar əvvəllər də oxşar hücumlar həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG