Accessibility links

Amnesty International: Rusiya və Suriya xəstəxanaları qəsdən hədəfləyir


Cümə axşamı Amnesty International Rusiya və Suriya qüvvələrini rejim tərəfdarı qüvvələrin Hələb şəhərinin şimalına keçməsinə yardım etmək məqsədilə Suriyadakı xəstəxanalar və tibb müəssisələrinə qarşı bilərəkdən hava hücumları həyata keçirməkdə ittiham edib.

Suriya və Rusiya qüvvələri beynəlxalq humanitar qanunlarını pozaraq qəsdən sağlamlıq ocaqlarına qarşı hücumlar edir.
Tirana Həsən

Humanitar qrupun böhranın həlli üzrə direktoru Tirana Həsən son üç aydır davam edən hava reydləri barədə bunları deyib: “Suriya və Rusiya qüvvələri beynəlxalq humanitar qanunlarını pozaraq qəsdən sağlamlıq ocaqlarına qarşı hücumlar edir.”

Amnesty International bir tibb işçisi daxil olmaqla, 3 mülki şəxsin ölümü və 44 nəfərin yaralanması ilə nəticələnən altı hücuma dair sübut olduğunu bildirib.

Təşkilatın bildiridiyinə görə, onlar Hələb yaxınlığında yerləşən Anadan və Hreitan şəhərlərindəki tibb işçilərindən aldığı məlumatdan Suriya hökümət qüvvələri və onları dəstəkləyən Rusiya ordusunun strategiyasının şəhəri qurudan işğal edə bilmək üçün səhiyyə müəssisələri, eləcə də su və elektrik sistemlərini dağıdaraq şəhəri boşaltmaq olduğunu müəyyən edib.

Atəşkəs rejiminə əsas etibarilə riayət olunur

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura altı gündür əldə olunan atəşkəsə əsas etibarilə riayət olunduğunu deyib.

De Misturanın sözlərinə görə, bəzi qarşıdurmalara baxmayaraq beş il davam edən dəhşətli vətəndaş müharibəsindən sonra atəşkəs zorakılqların azalmasına yardım edib.

BMT nümayəndəsi Suriyadakı vəziyyətə nəzarət etmək məqsədilə Birləşmiş Ştaltar və Rusiyanın başçılıq etdiyi işçi qrupu ilə görüşmək üçün Cenevrədədir.

Diplomatlar ötən həftə qüvvəyə minən atəşkəsin qismən tətbiq olunduğunu, yəni razılığa əsasən “hərbi əmliyyatların dayandırıldığını, lakin İslam Dövləti qrupu və Əl-Nüsrə Cəbhəsi yaraqlılarına qarşı hücumların davam etdiyini deyib.

Vəziyyət çətindir. Uğurun əldə olunacağına dair heç bir təminat yoxdur, amma bəzi irəliləyişlərin əldə olunacağı gözlənilir.
Staffan de Mistura

“Vəziyyət çətindir. Uğurun əldə olunacağına dair heç bir təminat yoxdur, amma bəzi irəliləyişlərin əldə olunacağı gözlənilir,” deyə de Mistura bildirib. O, martın 9-da Suriya sülh danışıqlarının növbəti raunduna start veriləcəyini bildirib.

BMT-nin humanitar yardım üzrə rəsmisi prezident Bəşər Əl-Əsədə sadiq qüvvələr və onu devirməyə çalışan üsyançılar arasında gedən döyüş yerlərinə ərzaq və dərman yardımının çatdırılmasında bəzi irəliləyişlərin qeydə alındığını deyib.

Surya dövlət televiziyası cümə axşamı ölkədə elektriklərin kəsildiyini, ancaq bunun səbəbinin bilinmədiyi barədə xəbər yayıb. Dəməşq sakinləri isə mobil cihazlarda internet bağlantısının da işləmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG