Accessibility links

İslam Dövləti sıralarına qoşulan britaniyalı qadın Londonda məhkəmə qarşısına çıxarılacaq


İslam Dövləti sıralarına qoşulan və bunun nəticəsində vətəndaşlığını itirən britaniyalı qadına geri dönmək icazəsi verilib. O, Britaniyada vətəndalığının qaytarılmasına çalışır.

Şamima Begümün vətəndaşılığı onun 2019-cu ildə qaçqın düşərgəsində tapılmasından sonra təhlükəsizlik səbəbi ilə ləğv edilmişdi. Qadın Suriyada İslam Dövləti döyüşçüsü ilə ailə qurmuş və dünyaya gətirdiyi 3 övladının hamısını itirmişdi.

Hakimlər Begümün məhkəməsini onun özünü adekvat şəkildə müdafiə edə bilməyəcəyi səbəbi ilə təxirə salıb.

Qərara görə, hökumət hazırda 20 yaşı olan Begümün Belçikaya gətirilməsinə razılıq verməlidir. Hələ də Suriyada olan bu qadın daha sonra London məhkəməsi qarşısına çıxarılmalıdır.

Begümün Belçika vətəndaşlığını ləğv edən təhlükəsizlik naziri Sacid Cavid tvit edərək, onun Britaniyaya girişinə icazə verildiyi təqdirdə geri qaytarıla bilinməyəcəyinə dair dərin narahatlığını ifadə edib.

Begümün vəkili Daniel Furner onun öz hekayəsini danışmaq imkanı olmadığını və müstərisinin ədalət imkanını alqılşadığını deyib.

Furner və Bügümün hüqiqi yardım komandası onun Britaniyaya buraxılmaması qərarından şikayət qaldırmış və onun vətənsiz olmasının Begümü ölüm riski qarşısına aldığını bildirmişdi.

O, Suriyada məhkəməsinə adekvat münasibət göstərə bilməyib.

Şərhlərə bax

XS
SM
MD
LG