Accessibility links

Sulduzda tutulan fəallar ‘ictimai qaydanı pozmaq’da günahlandırılır


Sulduzda saxlanılan fəallar

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz şəhərində türk etirazçıların öldürülməsinin ildönümü mərasiminə qatılan bir çox fəal nəzarət altına alınıb.

Mayın 25-də müxtəlif şəhərlərdən Sulduz məzarlığında keçirilən “Sulduz Şəhidlərinin anma törəni”-inə qatılmağa gedən türk fəallar yolda saxlanılıblar.

Güney Azərbaycan Televiziyası (Günaz TV) saxlanılan fəalların bir neçəsinin adlarını yayımlayıb.

Bu məlumata görə, Murtaza Məhəmmədi, Məhəmməd Qəmbərzadə, Murtaza Səfəri, Vahid Bəstami, Məhəmməd Mahmudi, Davud Mahmudi, Rəsul Sələhşur, Əmir Səttari, Cavad Yekanlı və Ulduz Qasımi ictimai qaydanı pozmaq ittihamı ilə günahlandırılırlar.

Sulduz Məzarlığı - H.Fəthipur, H.İsimzadə və T.Azəriyyunun məzarları
Sulduz Məzarlığı - H.Fəthipur, H.İsimzadə və T.Azəriyyunun məzarları

2006-cı ilin may ayında İran Azərbaycanının şəhərləri və qəsəbələrində baş qaldıran kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazlara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən Hüseyn Fəthipur (16 yaşında), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasımi (39) olay yerində öldürüldülər.

Həmin gün qırma güllələr ilə gözlərindən vurulan Daryuş Təbbaxi görmə qabiliyyətini itirib. O, 6 il sonra 2012-ci ildə beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

H. Fəthipur, Ə. Qasımi, H. İsimzadə və T. Azəriyyun
H. Fəthipur, Ə. Qasımi, H. İsimzadə və T. Azəriyyun

25 may 2006-da Sulduzda öldürülən yeniyetmə Hüseyn Fəthipurun qardaşı Kərim Fəthipur keçən günlərdə Amerikanın Səsi ilə müsahibədə baş verənləri anladıb.

XS
SM
MD
LG