Accessibility links

Qərbi Azərbaycan vilayətində milli fəal Hüccət İsmətzadə saxlanılıb


Hüccət İsmətzadə
Hüccət İsmətzadə

İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində milli fəal Hüccət İsmətzadəni nəzarət altına alıb.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin xəbərinə görə, kəşfiyyat idarəsinə çağırılan fəal noyabrın 24-də idarənin informasiya qərargahına müraciət etdiyi zaman saxlanılıb.

Milli fəalın hansı səbəblərə görə nəzarət altına alındığına dair məlumat yayılmayıb.

İsmətzadə daha əvvəl də bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, keçən sentyabr ayında Sulduzun Saxsıtəpə kəndində baş verən qarışıqlıqla bağlı nəzarət altına alınıb, bir gün sonra sərbəst buraxılmışdı. Sentyabr ayının 3-də Saxsıtəpə kəndində bir neçə ailənin qarışdığı münaqişə səbəbilə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanmışdı.

Hüccət İsmətzadə Saxsıtəpə hadisəsi ilə əlaqədar görüntü və məlumat yaydığı üçün daha sonra Nəğədə Cəza Məhkəməsi tərəfindən “yalan xəbər yaymaqda” ittiham edilib.

XS
SM
MD
LG