Accessibility links

Məcburi köçkünlərin yataqxanasında yanğın [Video]


Avqustun 5-də məcburi köçkünlərin məskunlaşdığı Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.

Hadisə nəticəsində 10 nəfərin zəhərləndiyi məlumatını yayan Fövqəladə Hallar Nazirliyi bir qədər sonra yanğının söndürüldüyünü qeyd edib.

Bildirilir ki, binada 114 məcburi köçkün və yerli sakinlərdən ibarət daha 8 ailə məskunlaşıb. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib.

FHN-nin rəsmi saytında yanğının 21:37-də söndürüldüyü qeyd olunub.

Buna da bax:​ Bakıda köçkünlərin yataqxanasında yanğın [video]

FİN-in məlumatına görə, 5 mərtəbəli yataqxananın sahəsi 4420 kvadratmetr olub. Hadisə binanın 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 kvadratmetr sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlərin 15 nəfər sakini xilas, 20 nəfəri isə təxliyə etdiyi bildirilir. Mənzillər yanğından mühafizə olunub.

Yanğının səbəbi hələ açıqlanmır.

XS
SM
MD
LG