Accessibility links

Sumqayıt sakininin yolka məcarəsi - icra başçısına etiraz


Sumqayıtda yolka etirazı
Sumqayıtda yolka etirazı

Sakin 20 metrlik yolkaya dırmaşıb və şəhər icra hakimiyyəti başçısını onu qəbul etməmədiyi üçün tənqid və təhqir edib. Sakini yolkadan kranla düşürüblər

Bakıdan 32 kilometr şimalda yerləçən Sumqayıtda şəhərində maraqlı hadisə baş verib. Yerli sakin etirazını bildirmək üçün şəhər icra hakimiyyətini qurduğu 20 metr hündürlüyündə olan yolkaya dırmaşıb.

Yerli medianın məlumatına görə, şəhər sakini yolkanı tribunaya çevirib və icra hakimiyyəti başçısının ünvanına kəskin tənqid və təhqiredici çıxış edib. O icra başçısının qəbuluna düşə bilməməsinə etiraz olaraq bu addımı atdığını bildirib.

Hadisə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun dekabrın 29-da dövlət başçısı İlham Əliyevin 52 yaşı şərəfinə hazırlatdığı 52 metr uzunluğu, 12 ton ağırlığı olan tortun kəsilməsi zamanı baş verib. .

Sakini yolkadan düşürmək üçün krandan istifadə ediblər.
Sumqayıt İcra hakimiyyətinin rəsmisi yolkaya dırmaşan şəxsin polis tərəfindən saxlandığını bildirib. Rəsminin dediyinə görə, həmin şəxs narkotik aludəçisidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG