Accessibility links

Süni İntellekt ekstremist propaqanda videolarını müəyyən edir [Video]


Süni İntellekt ekstremist propaqanda videolarını müəyyən edir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

İnternetə hər gün milyonlarla video yüklənir və Londonda yerləşən ASI Data Science adlı təşkilat süni intellekt alqoritmi ilə həmin videolar arasında ekstremist qruplara məxsus olanları müəyyən edir.

Con Gibson, ASI Data Science: “Burada biz iki video görürük. Onlar məlumatsız insan üçün müəyyən mənada oxşar görünür. Lakin biri İŞİD haqqında xəbər videosu, digəri isə İŞİD-in propaqanda videosudur. Bizim inkişaf etdirdiyimiz model videoların göndərdiyi incə siqnalları müəyyən edir və bununla da İnternetdə olan propaqanda videolarını digərlərindən ayıra bilir. Burada, ekranın sol hissəsində biz davamlı olaraq aşağı rəqəm verən video görürük. Deməli, bu xəbər videosudur, ona görə də növbəti videoya keçirik. Eyni zamanda sağda olan video çox yüksək rəqəmlər göstərir. Bu isə narahatedici siqnallar deməkdir. Bununla görürük ki, bu yüksək riskli, İŞİD propaqandası videosudur. Model elə yolla dizayn edilib ki, alqoritm videoları İnternetdə peyda olmaqdan öncə müəyyən edir və onları dərhal yığışdırır.”

Bu əhəmiyyətlidir. Belə ki, İŞİD-in propaqanda videoları bəzi ekstrimistlərin radikallaşmasına təsir edir. Mark Uorner, ASI Data Science: “Tədqiqatlar göstərir ki, hal-hazırda İnternetdə, 400-dən çox platformada mindən çox ekstremist videoları var. Hətta Google və Facebook kimi şirkətlər bunu bir gün içində həll edə bilsələr belə, həmin videolar digər 398 platformada qalmaqda davam edəcək.”

Britaniya hökümətinin bu proqramı həmin videoların olduğu platformalara pulsuz təqdim etməsi gözlənilir. ASI Data Science bildirir ki, proqram platformalara imkan verir ki, bir gün ərzində yüklənən videolara cəmi bir insanla nəzarət edə bilsinlər.

XS
SM
MD
LG