Accessibility links

Facebook terrorizmlə mübarizədə Süni İntellektdən istifadə edəcək


Dünyanın ən nəhəng sosial şəbəkəsi olan Facebook bildirib ki, şirkət terror təbliğatı məzmununun şəbəkələrində paylaşılmasının qarşısını almaq üçün Süni İntellektdən istifadə etmək niyyətindədir.

Şirkətin cümə axşamı dərc ediyi bəyanatında deyilir ki, onlar terrorçuların yaydıqların materialların icma arasında yayılmasınına imkan verməmək üçün həmin materialları dərhal müəyyən etmək istəyirlər: “İndiyədək terrorizmlə əlaqəsi olan silinmiş istifadəçilərin əksəriyyətini biz özümüz müəyyən etmişik. Amma biz işimizi daha da yaxşılaşdıra bilərik. Buna Süni İntellektdən istifadə edərək müvəffəq ola bilərik.”

“İndiyədək terrorizmlə əlaqəsi olan silinmiş istifadəçilərin əksəriyyətini biz özümüz müəyyən etmişik. Amma biz işimizi daha da yaxşılaşdıra bilərik.”

Facebook son zamanlar şəbəkələrində terrorçuların yaydıqları məlumatların yayılması ilə bağlı müxtəlif dövlətlər tərəfindən davamlı təzyiqlərlə üzləşir.

Süni İntellektin icra etdiyi işlərdən biri “fotoların uyğunlaşdırılması”dır. Bu yolla daha öncə silinən terror məzmunlu məzmunlu materialların yeniləri ilə bənzərliyi müəyyən edilir. Əlavə olaraq, Süni İntellektin “dil anlayışı” funksiyası ilə terroru təbliğ edən mətnləri müəyyən etmək mümkün olacaq.

Buna baxmayaraq, şirkət tam olaraq Süni İntellektə arxayın deyil: “Terrorçuların fəaliyyət prinsiplərini və düşüncələrini anlamaq asan deyil. Xüsusilə də, terrorçularun Süni İntellekt alqoritminin necə işlədiyini anlayandan sonra.”

XS
SM
MD
LG