Accessibility links

Bağdadda partlayışlar törədilib


İraq paytaxtında baş vermiş partlayışlar təxminən 51 nəfərin ölümünə səbəb olub.

Partlayışlar Bağdadın Kazimiyyə və Sədr rayonları da daxil olmaqla, əsasən şiələrin məskunlaşdığı ərazilərdə törədilib. Partlayışlar zamanı təxminən 140 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

İraqda azlıq təşkil edən sünnilərlə iqtidarda olan şiələr arasında gərginlik aprel ayında polis sünni nümayişçilərə müqavimət göstərdikdən sonra artıb.

Sünnilər hökuməti onların siyasi mövqeyini nəzərə almamaqda və tələblərinə əməl etməməkdə günahlandırır.

BMT rəsmiləri zorakılıqların minlərlə insanın ölümünə səbəb olduğunu və İraqda vətəndaş müharibəsinin başlana biləcəyindən ehtiyat etdiyini bildirib.
XS
SM
MD
LG