Accessibility links

Sünni üsyançılar İran məhkəməsi qarşısına çıxarılacaq


Sünni üsyançılar İran məhkəməsi qarşısına çıxarılacaq
Sünni üsyançılar İran məhkəməsi qarşısına çıxarılacaq

Sünni üsyançılar üzərində ictimai dinləmələr başlayıb

İran rəsmiləri ölkənin cənub-şərqində ölümlə nəticələnən hücumlarda əli olmaqda şübhələnilən sünni üsyançıların məhkəmə qarşısına çıxarılacaqlarını bildirirlər. İki gün bundan əvvəl onların lideri edam edilib. İranın dövlət xəbər agentliyi Sistan-Balucistan vilayətinin ədliyyə rəsmisi İbrahim Həmidiyə istinadən bildirib ki, dəstə başçısı Əbdülmalik Riqinin 10 tərəfdaşı üzərində ictimai dinləmələr başlayıb. Rəsmilər ölkəyə qeyri-qanuni gələn üsyançıların Riginin edamına görə hədələr yağdırdıqlarını deyirlər. Onlar Cundullah – yəni Allahın Əsgərləri kimi tanınan qrupun həbs edilən 10 üzvünə “Allaha qarşı müharibə” ittihamı irəli sürüblər. İranın şəriət qanununa əsasən bu ittihamla onları ölüm cəzası gözləyir.

XS
SM
MD
LG