Accessibility links

"Super Çərşənbə Axşamı"-nın nəticələri [Video]


"Super Çərşənbə Axşamı"-nın nəticələri
please wait

No media source currently available

0:00 0:02:42 0:00

"Super Çərşənbə Axşamı"-nın nəticələri

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp və demokrat namizəd Hillari Klinton 12 ştatda praymeri və kokusların keçirildiyi “Super Tuesday” seçkilərində qələbə qazanıb. Bununla onlar partiyalarından nominasiya almaq üçün mövqelərini möhkəmləndirib.

Biz Linkolnun, Reyqanın partiyasını və ABŞ prezidentliyi bir oyunbazın ixtiyarına verməycəyimizə dair mesaj göndəririk.
Marko Rubio

2016-ci il prezident seçkilərində mühüm sayılan “Super Çərşənbə Axşamı” respublikaçı Donald Tramp ABŞ-ın cənub və Nyu Enqland kimi tanınan regionundakı ştatlarında qələbə çalaraq, böyük sayda nümayəndələr qazanıb. Beləliklə o, partiyanın prezidentliyə vahid namizədi olmağa doğru böyük addım atıb.

“Mən birləşdirənəm. Bilirəm insanlar buna çətin inanacaqlar, amma inanın. Bunlar hamısı bitəndən sonra mən təkcə bir insanla mübarizə aparacam, o da Hillari Klintondur.”

Senator Ted Kruz dogma ştatı Texas və qonşu Oklahoma ştatlarında qələbə əldə edib. O, rəqiblərini geri çəkilərək, onun Trampla baş-başa mübarizə aparmasına imkan verməyə çağırıb.

Super Çərşənbə Axşamının qalibləri respublikaçı Donald Tramp və demokrat Hillari Klinton
Super Çərşənbə Axşamının qalibləri respublikaçı Donald Tramp və demokrat Hillari Klinton

“Bu gün biz bir daha şahid olduq ki, Donald Trampın seçki kampaniyasına qalib gələ bilən yeganə kampaniya məhz mənimkidir.”

Senator Marko Rubio isə ilk dəfə olaraq Minnesotada qalib gəlib, amma o digər ştatlarda yenə də geridə qalıb.

“Biz Linkolnun, Reyqanın partiyasını və ABŞ prezidentliyi bir oyunbazın ixtiyarına verməycəyimizə dair mesaj göndəririk.”

Trampın uğurlarına baxmayaraq, keçmiş Ku Klux Klan lideri Trampa dəstəyini ifadə edəndən sonra Konqres liderləri Trampı dözümsüzlüyü bir kənara qoymağa çağırır.

Əgər bir insan Respublikaçılar partiyasının vahid namizədi olmaq istəyirsə, o, insanlara dözümsüzluk üzərində qurulan qrup və işlərdən uzaq durmalıdır.
Pol Rayn

Nümayəndələr Palatasının spikeri Pol Rayn:

“Əgər bir insan Respublikaçılar partiyasının vahid namizədi olmaq istəyirsə, o, insanlara dözümsüzluk üzərində qurulan qrup və işlərdən uzaq durmalıdır.”

Demokratlar tərəfində isə, Hillari Klinton bir neçə cənubi ştatlarda böyük qələbər əldə edib. Bu isə onun vahid namizəd olmaq şansını artırıb.

Klinton artıq diqqətini Respublikaçılara yönəltməyə başlayıb.

“Respublikaçıların ritorikası heç vaxt bu qədər aşağı səviyyədə olmayıb. Amerikanı “biz və onlar” arasında bölməyə çalışmaq səhvdir və biz buna icazə verməyəcəyik.”

Ted Kruz
Ted Kruz

Rəqibi Berni Sanders dogma ştatı Vermont, eləcə də Oklahoma, Kolorado və Minnesotada qələbə çalıb. O, mübarizəni davam etdirəcəyini deyib.

“Biz iqtisadi ədalət, sosial ədalət, ekoloji sağlamlıq və bütün dünyada sülhün təmin olunması uğrunda apardığımız mübarizəni o ştatlarda davam etdirəcəyik.”

Gələn iki həftə ərzində isə hər iki partiyadan namizədləri bir sıra böyük ştatlarda keçiriləcək ilkin seçkilər gözləyir.

XS
SM
MD
LG