Accessibility links

Afrikanın qızıl səsi [Video]


Afrikanın qızıl səsi
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Afrika musiqisinin ulduzu Salif Kaita bu yaxınlarda Vaşinqtonda konsertlərlə çıxış edib. O, albinos doğulduğu üçün onun dərisində piqmentasiya yoxdur. Buna görə də digər albinoslar kimi Afrikada o da təqiblərə məruz qalıb.

“Afrikanın qızıl səsi” kimi tanınan Salif Kaita albinosları müdafiə məqsədilə “Salif Keytanın Qlobal Fondu”na vəsait toplamaq üçün konsertlər verir.

Salifdən gənclik illərində ən yadda qalan hadisə barədə soruşanda belə cavab verib: “Mənim 18 yaşım var idi və mən ən yaxşı şagirdlərdən idim. Bir gün, imtahanlara az qalmış məni məktəbdən qovdular, çünki mən yaxşı görə bilmirdim, gömə problemim var idi. Şagirdlər yığışıb, mənə eynək aldı. Mən ölənə qədər bunu yadımdan çıxarmayacağam. Onlar mənim ilk konsertimə də gəldilər. Bəzilərinin gözündə yaş gördüm.”

Keçən il Salifin qızı Nantenin Paralimpiya oyunlarında qızıl medal qazandı. Bu, Salifin qürur duyduğu an idi. “Mən çox, çox xoşbəxt idim. Çünki o döyüşdü. Mən həmişə ona görə narahat idim, çünki həyat albinoslar üçün asan deyil. Lakin o bunu bacarır və bu mənim üçün böyük sevinc deməkdir.”

Sənəti bu məşhur musiqiçiyə həyatda bütün istədiklərini verib. “Musiqi mənim ən yaxın dostumdur. Çünki mən insanları musiqi vasitəsilə sevirəm. İnsanlar da məni müsiqi vasitəsilə görür. Məhz musiqi ilə mən özümü ifadə edə bilirəm.”

XS
SM
MD
LG