Accessibility links

Sibirdə bir şəxs küçələrdə gəzərək, qarşısına çıxan səkkiz nəfəri bıcaqlayıb


Rusiya rəsmiləri deyirlər ki, Sibirin Surqut şəhərində şənbə günü bir kişi mərkəzi küçələrdə hərəkət edərək, qarşısına çıxan insanları bıçaqlayırdı.

Verilən məlumata görə, baş verən hücum nəticəsində səkkiz insan xəsarət alıb.

Rusiya hüquq mühafizə orqanları heç bir əlavə məlumat təqdim etmədən bildiriblər ki, “hücum törədən şəxs öldürülüb.”

Tass xəbər agentliyinin yaydığı məlumatda hücum törədən şəxs psixiatrik xəstə olduğu deyilir.

XS
SM
MD
LG