Accessibility links

Həma yaxınlığında bomba hücumu onlarla insanın ölümünə səbəb olub [Fotoqalereya]


Suriya dövlət mediasının bildirdiyinə görə, hökumətin nəzarətindəki Həma şəhəri yaxınlığında həyata keçirilən bomba hücumu azı 34 nəfərin ölümünə səbəb olub.

SANA xəbər agentliyi bu gün Əl-Hürrə kəndində bomba hücumu zamanı 50 nəfərin də yaralandığını bildirib. Xəbərdə polisə istinadən deyilir ki, terrorçular 3 tona qədər partlayıcı maddənin yerləşdirildiyi yük maşınını partladıb və partlayış nəticəsində kənddə çoxsayda ev dağılıb.

Suriya rəsmiləri prezident Bəşar Əl-Əsədin devrilməsi uğrunda mübarizə aparanları terrorçu adlandırır.
XS
SM
MD
LG