BMT müfəttişləri Suriyada kimyəvi silahlarla hücuma məruz qalan insanlarla görüşüb. Onlar həkim və xəstələrlə danışıb, Müadəmiyə bölgəsində bir neçə saat vaxt keçirdikdən sonra mehmanxanaya qayıdıb.
Bu bölgə avqust ayının 21-də hücuma məruz qalan yerlərdən biridir. Müfəttişlər sabah digər bölgələrdə olacaq.
Bundan əvvəl BMT Suriya paytaxtında müfəttişləri daşıyan maşının snayper atəşinə məruz qaldığını bildirib. BMT müfəttişləri kimyəvi silahlardan istifadə edildiyindən şübhənilən bölgələrdə yoxlanış aparmalıdır.
Rəqib döyüşçülər və fəalların bildirdiyinə görə, hökumət qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi nəticəsində yüzlərlə insan həlak olub. Hökumət isə bu iddiaları rədd edərək, müxalifətin bu kimi silahlardan istifadə etdiyini bildirir.
BMT-nin baş katibi Ban Gi Mun müfəttişlərin maşınlarının dəfələrlə atəşə məruz qaldığını və maşınların yararsız hala düşdüyünü deyib. Müfəttişlər geri qayıtmağa məcbur olsalar da, maşınlarını dəyişdikdən sonra işlərini davam etdirəcək.
ABŞ Suriyanı hücumdan 5 gün sonra BMT müfəttişlərinin kimyəvi silahlardan istifadə edildiyindən şübhənilən bölgələrdə yoxlanış aparmasına razılıq verməsini kəskin tənqid edir. Qərb dövlətləri BMT komandasının insident baş verən Quta rayonuna girişinin təmin edilməsinə çağırıb. Onları hər bir gecikmənin izləri itirəcəyi narahat edir.
ABŞ-ın müdafiə naziri Çak Heygel prezident Barak Obama qərar versə, hərbi qüvvələrin Suriyada əməliyyata keçməyə hazır olduğunu deyib.