Accessibility links

BMT elçisi: Hələb ilin sonunadək büsbütün viran qala bilər


BMT-nin Suriyaya xüsusi elçisi bildirib ki, Hələb şəhərinin şərqi hərbi münaqişələr davam edərsə "tamamilə viran" qala bilər. 275,000 sakin şəhərdə çıxılmaz vəziyyətdə qalıb.

Qurumun elçisi Staffan de Mistura və onun xüsusi məsləhətçisi Yan Egeland deyib ki, Birləşmiş Ştatlar və Rusiya müzakirələri dayandırdıqdan sonra beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı vəziyyətə yönəlməlidir.

Elçi Cəbhət ən-Nüsra üsyançı qrupuna müraciət edərək bildirib ki, onların əməlləri şəhərdə dağıntılara, sakinlərin həyatına bais olur.

De Mistura Rusiyanı tənqid edərək deyib ki, kiçik üsyançı qrupun istehkamlandığı Hələbin şərqini fasiləsiz bombalamaqla əhalini təhlükə altına qoyur.

İslam Dövləti qrupu militantları Suriyanın şimal-qərb sərhədində Türkiyənin dəstəklədiyi 20 müxalifət döyüşçüsünün ölümünə səbəb olan bomba partlayışı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG