Suriyanın Xarici İşlər Nazirliyinin sözçüsü Cihad Makdissi bu gün təşkil edilən mətbuat konfransı zamanı Suriyanın kimyəvi silahlardan vətəndaşları əleyhinə deyil, yalnız xarici hücumlara cavab olaraq istifadə edilə biləcəyini deyib. O, ordunun silah cəbbəxanasını nəzarəti altında saxladığını bildirib.
Bu arada, hüquq müdafiəçiləri Dəməşq və Hələb şəhərlərində hökumət qüvvələri ilə rəqib döyüşçülər araında qarşıdurmanın davam etdiyini bildirir.
Avropa İttifaqı isə Suriyaya istiqamət alan bütün təyyarə və gəmilərin yoxlanışına qərar verib. Təftiş yalnız Avropa ərazisində həyata keçiriləcək.
Ərəb Liqası prezident Bəşar Əl-Əsədə hakimiyyəti tərk etməyə razı olduğu halda ölkədən təhlükəsiz çıxışına zəmanət verib.
BMT-nin baş katibi ban Ki Mun ötən ilin mart ayından baş qaldıran münaqiçşə səbəbəi ilə Suriyada 17 min insanın həlak olduğunu deyib.