Accessibility links

Suriya hökumət qüvvələri Hələb şəhərinə həmlələri davam etdirir


Suriya fəalları hökumət qüvvələrinin ölkənin ən böyük şəhəri olan Hələb şəhərində hücumları davam etdirir. ABŞ hücumların soyqırıma çevriləcəyindən ehtiyat edir.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqları Müşahidəçiləri bu gün bildirib ki, Bəşər Əsəd qüvvələri Hələb şəhərinin bir neçə küçəsində hücumlarda hərbi vertolyotlardan istifadə edib. Şəhərin başqa bölgələrində də toqquşmalar, partlayışlar və bir neçə ölüm halları qeydə alınıb.

BMT-nin insan haqları qrupunun sədri Navi Pillay bu gün narahatlığını ifadə edərək bildirib ki, Hələb şəhərində dəhşətli nəticələr verən qarşıdurmalar qaçılmaz ola bilər. O, hökumət və müxalifət qüvvələrini mülkü vətəndaşları müdafiə etməyə çağırıb. Bu arada Beynəlxalq Qırmızı Xaç Komitəsi təhlükəsizliklə bağlı narahatlığa görə bu gün xarici işçilərinin bir hissəsini Suriyadan qonşu Livana keçirdiyini deyib.
XS
SM
MD
LG