Accessibility links

Suriyada qızğın döyüşlər gedir


Suriyalı müxalifət fəalları bu gün Hələbdə davam edən döyüşlər də daxil olmaqla, ölkə boyu genişmiqyaslı qarşıdurmalar barədə məlumat verir.

Britaniyada qərargahlaşmış Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatı hökumət qüvvələrinin Hələb şəhərində bir neçə rayona hücum etdiyini və şəhərdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlərin getdiyini deyib.

Ölkə daxilində şahidlərdən topladığı məlumatları xarici mətbuatın məhdud olduğuna görə təsdiqləyə bilməyən müşahidəçi təşkilat bildirib ki, prezident Əsədin qüvvələri Dəraa vilayətində də hücumlar və reydlər keçirib.

Fəallar paytaxt Dəməşq və Homs vilayətində qızğın döyüşlər getdiyini deyir. BMT baş katibi Ban Ki Mun dünən suriyalılara qarşı hücumlar və ağır artilleriyalardan istifadənin verəcəyi təlafatlardan narahatlığını bildirib.

Bu arada, Qahirədə görüş keçirən Suriya müxalifəti müvəqqəti hökumətin təşkili məsələsini müzakirə etdiklərini deyib.
XS
SM
MD
LG