Accessibility links

Suriya üsyançıları girov saxlanılan rahibələri azad edib


Suriya üsyançıları dekabr ayından girov saxlanılan təxminən on yunan pravoslav rahibəni azad edib.

Rahibələr bazar günü Livan sərhədində Suriyanın Cdeydet Yabus şəhərində sərbəst buraxılıb.

Əl-Qaidə ilə əlaqəli Nüsrə Cəbhəsinin üzvləri də daxil olmaqla Suriya üsyançıları rahibələri Dəməşqin şimalında Maalula xristian kəndində, Mar Takla monastrından girov götürüblər.

Əsasən Suriya və Livandan olduqları ehtimal edilən rahibələr monastırda kimsəsizlərin qayğısına qalırdılar.

Onların girov götürülməsi ölkədə azlıq təşkil edən xristian icmasında qorxu yaradıb.

Xristianlar prezident Bəşar Əl-Əsədi devirmək istəyən döyüşçülərin tərkibində olan ekstremistlərin xristianları hədəf alacaqlarından ehtiyat edir.
XS
SM
MD
LG