Azərbaycan Suriyada qan axıdılmasına və Suriya xalqının əzab-əziyyətlərinə tezliklə son qoyulmasının tərəfdarıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Bakının Suriyadakı son hadisələrlə bağlı mövqeyini şərh edərkən bildirib.
“Kofi Annanın Suriya planını dəstəkləyirik. Yaranmış vəziyyət və davam etməkdə olan zorakılıqla bağlı ciddi narahatlığımızı bildirir və tərəfləri bundan imtina etməyə çağırırıq. Ümid edirik ki, dünya ictimaiyyəti Suriya üzrə birgə qərar verəcək və qan axıdılmasına son qoyulacaq”, deyə Abdullayev əlavə edib.
Suriyadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi barədə suala cavabda o bildirib ki, orada əsasən tələbələr var idi və onlar artıq Bakıya qayıdıblar. Həmçinin, Azərbaycanın Dəməşqdəki səfirliyinin işçilərinin ailə üzvləri də qayıdıb. Səfirlik özü fəaliyyətini davam etdirir. Lakin səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyi təhlükə altında olarsa, müvafiq tədbirlər görüləcək, deyə Abdullayev vurğulayıb. Bununla belə, o, Suriyada, o cümlədən qarışıq ailələrdə ayrı-ayrı Azərbaycan vətəndaşlarının olduğunu istisna etməyib. Onlar da Azərbaycan səfirliyinin yardımına güvənə bilərlər.