Accessibility links

Suriyada beynəlxalq koalisiyanın iki üzvü partlayış zamanı həlak olub


Suriyada bir amerikalı da daxil olmaqla, ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın iki üzvü cümə axşamı günü yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. ABŞ rəsmilərinin bildirdiyinə görə, partlayış zamanı beş nəfər yaralanıb.

Reuters agentiyinə adları açıqlanmadan məlumat verən Amerika rəsmiləri hücumun Suriyanın şimalındakı Manbic şəhəri yaxınlığında baş verdiyini deyib. Rəsmilər həlak olan digər şəxsin milliyətini açıqlamayıb.

ABŞ hərbi qüvvələrinin bundan əvvəl açıqladığı bəyanatda hücumun baş verdiyi yer və həlak olanların koalisiya üzvləri olduğu bildirilərək, milliyyəti göstərilməyib.

ABŞ hərbi qüvvələrinin sözçüsü polkovnik Rayan Dillion hücuma görə kimin məsuliyyət daşıdığını açıqlamayıb. “Bizim ilkin qiymətləndirməmiz və mülahizələrimiz var, amma təhqiqat başa çatmayana qədər biz bunu açıqlamayacağıq”, o əlavə edib.

Bununla yanaşı, Dəməşq yaxınlığındakı şərqi Qutada üsyançıların əsas qrupunun Rusiya ilə ərazidə üsyançıların nəzarət etdiyi sonuncu şəhər olan Dumadan çəkilmək haqda razılıq əldə etdiyi haqda ziddiyyətli məlumatlar verilir.

“Bizim mövqeyimiz açıq və qətidir və biz icbari yerdəyişmə və şərqi Qutada demoqrafik dəyişməni rədd edirik”, Ceyş Əl-İslam üsyançı qrupunun sözçüsü Həmzə Birqdar bildirib.

Rusiya hərbi qüvvələrinin generalı Serghey Rudskiy bundan əvvəl üsyançılarla Dumanın tərk edilməsi barədə razılıq əldə edildiyini bildirib.

XS
SM
MD
LG