Accessibility links

BMT atəşkəslə bağlı razılıq əldə etsə də, Suriyada döyüşlər davam edir [Video]


BMT atəşkəslə bağlı razılıq əldə etsə də, Suriyada döyüşlər davam edir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Bazar günü Suriyanın üsyançıların nəzarət etdiyi Şərqi Quta regionunda yenidən toqquşma baş verib. BMT-nin həftə sonu 30 günlük atəşkəs elan etməsinə baxmayaraq, ən son hava hücumları intensivləşib.

Dağılmış binanın altından çıxarılan Suriyada baş verən ən son qırğının ən gənc qurbanlarından biri yaxındakı maşına aparılır.

Şuranın Rusiyanı gözlədiyi hər dəqiqə, Suriyada insanların iztirabları artırdı. Bütün bu gözləmədən sonra qətnamədə bir iki söz və vergüldən başqa heç nə dəyişmədi. Rusiya nümayəndələri Moskvadan göstəriş gözlədiyinə və ya Suriya nümayəndələri ilə müzakirələr apardığına görə Suriya xalqı ölməməlidir.
Nikki Heyli

Bazar günü paytaxt Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi Şərqi Qutada hava hücumları davam edib.

Ən son bombardman BMT Təhlükəsizlik Şurasının 30 günlük atəşkəsin lehinə səs verməsindən sonra baş verib.

Qətnamə qəbul olunandan dərhal sonra ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli rusiyalı həmkarlarını səsverəni ləngitməkdə günahlandırıb.

“Şuranın Rusiyanı gözlədiyi hər dəqiqə, Suriyada insanların iztirabları artırdı. Bütün bu gözləmədən sonra qətnamədə bir iki söz və vergüldən başqa heç nə dəyişmədi. Rusiya nümayəndələri Moskvadan göstəriş gözlədiyinə və ya Suriya nümayəndələri ilə müzakirələr apardığına görə Suriya xalqı ölməməlidir,” deyə o bildirib.

Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi Rusiya ABŞ-ın ittihamlarına cavab verib.

“Terrora qarşı mübarizənin məqsədi şübhəli qanuniliyi olan geosiyasi gündəmin qəbul olunmasını müdafiə etmək olmamalıdır. ABŞ isə hazırda Suriyada bunu edir,” deyə Vasili Nebenzya bildirib.

Britaniyada fəaliyyət göstərən yardım qrupu ötən həftə başlayan bombardman kampaniyası nəticəsində ölənlərin sayının 500-ü ötdüyünü bildirir.

Şərqi Quta
Şərqi Quta

Suriyadan 2 min kilometr uzaqda olan Papa Fransiz Suriya xalqına ərzaq və dərmanın çatdırılması üçün zorakılıqlara son qoyulmasına çağırıb.

Dəməşqdə isə yerli xalq bu atəşkəsin üsyançılar ilə hökümət qüvvələri arasındakı döyüşlərə konkret təsirinin olacağına şübhə ilə yanaşır.

“Biz ölkəmizin iztirabdan qurtulmasını istəyirik. Quta, Hələb, Hama,

Əl–Laziqiyyə, Dera, Qüneytirə, fərq etməz. Mən bütün Suriyanın iztiraban qurtulmasını istəyirəm,” Dəməşq sakini Luai Sakur söyləyib.

Lakin Suriya probleminə həll hələ də əlçatmaz görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG