Accessibility links

Suriya Beynəlxalq Cinayət Məhkəməsinə verilə bilər


İsveçrənin rəhbərliyi ilə 57 ölkə BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, Suriyanın Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini istəyib. Beləliklə müharibə cinayətləri ilə bağlı istintaqa yol açılmış olacaq.

Quruma ünvanlanan məktubda işgəncə, zorlama və kütləvi qətillərə dair məlumat əldə edildiyi deyilir.

Zorakılıqların davam etdiyi bir şəraitdə yardım təşkilatları beynəlxalq ictimaiyyətə böhran səbəbi ilə didərgin düşən suriyalılara yardım göstərilməsinə çağırır. Beynəlxalq Xilas

Komitəsinin açıqladığı hesabatda bildirilir ki, region humanitar fəlakətlə üzləşib. Hesabatda qaçqınların səhiyyə xidmətlərindən məhrum olduğu və misilsiz dərəcədə seksual təcavüzlərlə üzləşdiyi bildirilir. Komitə donor ölkələri BMT-nin 1.5 milyard dollarlıq yardım çağırışlarına cavab verməyə çağırıb.

Suriyanın paytaxtı Dəməşqin ətrafları qırıcı təyyarələrin hücumuna məruz qalıb. Bir neçəsi uşaq və qadın olmaqla 13 nəfər həlak olub. Hökumət qüvvələri strateji əhəmiyyətli bölgələrə nəzarəti gücləndirməyə çalışır.
XS
SM
MD
LG