Accessibility links

BMT nümayəndələri Suriyada səfərdədir


Birləşmiş Millətlər Təşkilatının fakt araşdırıcı missiyasının nümayəndələri Suriyada səfərdədir. Onlar ölkədə kimyəvi silahlardan istifadə olunub-olunmaması ilə bağlı təhqiqat aparacaq.

Kimyəvi silahlar üzrə isveçli ekspert Ake Sellstrom və BMT-nin tərksilah məsələləri üzrə departamentinin rəhbəri Angela Kane Suriya hökümətinin dəvəti ilə Dəməşqə səfər edib.

BMT öz müfəttişlərini hökümətin və üsyançı qüvvələrin bir-birini kimyəvi silahlardan istifadə ittiham etdikləri Suriyanın bir neçə bölgəsinə göndərmək istəyir.

Prezident Bəşər Əl-Əsəd höküməti BMT qrupunu yalnız Hələb vilayətinin Xan Əl-Assal qəsəbəsində araşdırma aparmasını istəyir və ölkənin başqa bölgələrində təhqiqat aparılmasına imkan verməyib.
XS
SM
MD
LG