Accessibility links

ABŞ dövlət katibi Britaniyanın xarici işlər naziri ilə görüşüb


Görüş zamanı Suriyada müvəqqəti hökümətin yaradılması müzakirə edilib

ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı ilə Suriyaya dair görüşə ev sahibliyi edib.

Cənab Kerri və Britanya xarici işlər naziri Uilliam Haque Vaşinqtonda Suriyada müvəqqəti hökümətin qurulmasına dair potensial addımları dəyərləndirib.

ABŞ dövlət katibi Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı döyüşən üsyançıların silahla təmin edilməsi barədə heç bir qərar qəbul edilmədiyini bildirib.

Bu arada, fəalların bildirdiyinə görə, Deir Əl-Zour vilayətində onlarla şiə anti-hökümət üsyançıları tərəfindən qətlə yetirilib.

Suriya insan haqları müşahidəsi qrupu Amerikanın səsinə bildirib ki, Hatla qəsəbəsində qətlə yetirilən 60 şiə hökümətin tərəfdarı olub .

Internetə yerləşdirilən videoda Hatla qəsəbəsində silahlı şəxslərin qara İslam bayrağı daşıyaraq havaya atəş açırdığı göstərilir. Müşahidəçilər şiə vilayətində üsyançıların qəsəbənin nəzarətini ələ keçirdiklərini və bir neçə evi yandırdıqlarını və şiə sakinlərin qəsəbəni tərk ediyini deyib.

Suriya höküməti hücumu pisləyərək, bunun mülki vətandaşların “qətliam”ı olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG