Birləşmiş Millətlər Təşkilatının Suriya nümayəndəsi ən son sülh danışılarını bitirərək, heç bir mühüm naliyyətin əldə olunmadığını, lakin bəzi kiçik irəliləyişlərin olduğunu deyib.
O, sentyabr ayında prezident Bəşət Əsəd höküməti ilə müxalifət liderləri arasında səkkizinci vasitəli danışıqlar keçirməyi planlaşdırdığını bildirib və Əsədin nümayəndələrini növbəti sessiyada siyasi prosesi müzakirə etməyə hazır olmağa çağırdığını deyib.
Beynəlxalq müdaxilə
De Mistura deyib ki, o ümuid edir ki, gələn danışıqlar zamanı beynəlxalq ictimaiyyət təfərləri bir otaqda oturub, mahiyyəti olan məsələləri müzakirə etməyə məcbur etməyə nail olacaqlar. İndiyədək tərəflər De Mistura ilə ayrı-ayrı görüşürdü.
De Mistura müxtəlif müxalif qruplar arasında “qarşılıqlı etmad”ın artdığını bildirib. O, hökümətlə birbaşa danışıqlar aparmadan öncə danışılarda iştirak edən üç müxalif qrupu birləşdirmək istəyir.
De Mistura həmçinin Fransa prezidenti Emmanuel Makronun BMT-nin Təhlükəsizlik Şurasının üzvləri və regional qüdrətlərdən ibarət “kontakt qrupunun” yaradılması çağırışını müsbət qarşıladığını deyib.
Eyni mövqelər
Əsəd höküməti ilə müxalifət cümə günü Cenevrəyi tərk etmədən öncə uzun zamankı mövqelərini müdafiə ediblər.
Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Əl-Cəfərinin başçılıq etdiyi Əsədin deleqasiyası diqqəti anti-terror məsələlərinə yönəltmək istədiklərini bildirib.
Əsas müxalifət olan Yüksək Danışıqlar Komitəsinin əsas baş nümayəndəsi Nəsr Əl-Hariri müxbirlərə deyib ki, danışıqlarda Əsədin aqibəti müzakirə olunmalıdır. Bundan əlavə o, hökümətin nümayəndə heyətini prosesi dayandırmaqda ittiham edib.
“Gəlin səmimi danışa, Suriya höküməti bu günə qədər hər hansı bir müzakirə və ya danışıqlarda iştirak etməkdən imtina edir”, deyə o bildirib.
Əsədin nümayənələri prezidentin aqibətinin müzakirə edilməsinin əleyhinə çıxıb, rəqibləri ilə bu məsələnin danışıqların bir hissəsi olmasını istəyir.
Atəşkəs davam edir
BMT-nin vasitəçiliyi ilə aparılan Suriya sülh danışıqları iki il öncə başlayıb və diqqət altı ildir davam edən vətəndaş müharibəsinə siyasi həll yolu tapmağa yönəldilib.
Ən son danışıqlar zamanı nikbinlik artmışı, çünki ondan bir qədər öncə Suriyanın cənub-qərbində Birləşmiş Ştatlar, Rusiya və İordaniyanın vasitəçiliyi ilə atəşkəs elan olunmuşdu.
Ötən bazar günü qüvvəyə minən atəşkəsdən bəri bir neçə zorakılıq halı baş verib.
Birləşmiş Millətlər Təşkilatı, altı ildir davam edən Suriya müharibəsinin 400 min insanın ölümünə, : milyon insanın ölkə daxilində didərgin düşməsinə, təxminən 5 milyon insanın isə qonşu ölkələrə qaçmasına səbəb olduğunu bildirir.