Accessibility links

Bu il Suriyada 39 min nəfər öldürülüb


Bu il Suriya müharibəsində 39 min nəfər öldürülüb, onların 10 min 507-i dinc sakinlərdir.

Bunu Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı dekabrın 28-də bildirib.

Ölənlərdən 2 min 109-u uşaq, 1492 nəfəri qadındır.

Bu təşkilat münaqişədə ölənlərin statistikasını aparır. Dekabrın 28-də açıqlanmış məlumatda o da bildirilir ki, ölənlərin 2 min 923 nəfəri hökumət əsgəri, 7 min 494-ü yaraqlılar olub. Yaraqlılar əsasən İslam Dövləti (İŞİD) ekstremist qrupunun və al-Qaida-ya bağlı bir qrupun üzvləridir.

Qurum ötən illə müqayisədə bu il müharibədən ölənlərin azaldığını vurğulayır. Ötən il 49 min 742 nəfər həlak olmuşdu.

2011-ci ilin martında Suriyada vətəndaş müharibəsi başlanandan bu ölkədə 400 min nəfər qətlə yetirilib.

Münaqişə nəticəsində ölkənin 22 milyonluq əhalisinin yarıya qədəri evindən didərgin düşüb, 5 milyon suriyalı ölkədən qaçıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG