Accessibility links

Hökumət təyyarələri Dəməşqin ətraflarını bombalayıb


Suriyanın paytaxtı Dəməşqin ətrafları qırıcı təyyarələrin hücumuna məruz qalıb. Bir neçəsi uşaq olmaqla 9 nəfər həlak olub. Hökumət qüvvələri strateji əhəmiyyətli bölgələrə nəzarəti gücləndirməyə çalışır.

Britaniyada yerləşən İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hücum Quta rayonunda həyata keçirilib. İnternetə yerləşdirillən videoda həlak olan uşaqların parçalanmış cəsədləri nümayiş etdirilir.

Müxalifətin Media Mərkəzinin məlumatında isə hücum zamanı 14-ü uşaq olmaqla, 36 adamın həlak olduğu deyilir. Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Suriyanın şimal bölgəsindəki hava bazası yaxınlığında da toqquşmalar qeydə alınıb.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müxalifəti prezident Əsədlə dialoqa dəvət edib. Nazir bildirib ki, müxalifətin prezidentin hakimiyyətdən getməsi tələbi sülh danışılarının şərti olmamalıdır.
XS
SM
MD
LG