Accessibility links

Suriyanın İraqla sərhəd bölgəsində 23 nəfər həlak olub


Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, bu gün İraqla sərhəd bölgədə 23 nəfər həlak olub.

Hücumun ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyi güman edilir. Koalisiya hücumla bağlı şərh verməyib.

Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən qısamüddətli atəşkəs siyasi çarə əldə edilməyincə, davamlı olmayacaq

2014-cü ildən başladılan kampaniya nəticəsində 350-dən çox mülki əhalinin bu kimi hücumların qurbanı olduğu bildirilir. İnsan haqları müdafiəçiləri isə bu göstəricinin daha artıq olduğunu iddia edir.

Hücum BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Misturanın münaqişə tərəflərini sülh danışılarının növbəti raunduna dəvət etdiyi vaxta təsadüf edir. Mistura müzakirələrin ya cümə, ya da şənbə günü baş tutacağına ümid bəsləyir. O deyib ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən qısamüddətli atəşkəs siyasi çarə əldə edilməyincə, davamlı olmayacaq.

Bazar günü 1500 rəqib döyüşçü və onların ailə üzvləri uzun müddətdir nəzarətlərində olan bölgələri tərk edib. Prezident Əsəd ordusu və onun müttəfiqləri paytaxtın tam nəzarətini ələ keçirməyə çalışır.

Cümə günü Dəməşqdə mühasirədə qalan 1200-dən artıq əhali və döyüşçü Suriyanın paytaxtını tərk edərək, üsyançıların nəzarəti altında olan İdlib əyalətinə köçürülüb.

Təxliyə paytaxt məhəllələrinin hökümətin nəzarətinə verilməsi ilə bağlı əldə edilən razılaşmanın bir hissəsidir.

Suriyanın dövlət mediası bildirib ki, 700 döyüşçü və 525 şəxs Dəməşqin Barze və Tişri məhəllərindən köçürülüb. Bu, ərazinin hökümət nəzarətinə keçməsindən sonra baş tutan ikinci təxliyyə əməliyyatıdır.

Təxliyə əməliyyatları BMT-nin vasitəçiliyi ilə keçirilən Suriya höküməti və müxalifəti arasındakı danışıqlar zamanı baş verir. Nümayəndələr növbəti həftə Cenevrədə görüşəcəkləri haqda razılıq əldə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG