Accessibility links

Suriyada druz azlığının 20 üzvü qətlə yetirilib


Suriyada Əl-Qaidə ilə əlaqədə olan Nüsrə Cəbhəsinin döyüşçüləri druz azlığının 20 üzvünü qətlə yetirib.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun fəalları bildirib ki, qarşıdurma çərşənbə günü Nüsra Cəbhəsinin Qalb Lavzehdə hökuməti dəstəkləyən bir kəndlinin evini ələ keçirmək istədikləri vaxt baş verib.

Qarşıdurma zamanı kəndlilər döyüşçülərindən silah götürərək onları atəşə tutub. Nəticədə yaraqlılardan biri öldürülüb.

Syriya dövlət xəbər agentliyi SANA bildirib ki, militantlar İdlib vilayətindəki kənddə qırğın törədərək 30 nəfəri qətlə yetirib.

Syriya əhalisinin 3 faizini təşkil edən druzilar şiə təriqətinin bir qoludur.

XS
SM
MD
LG