Accessibility links

Suriyanın druz azlığının yaşadığı bölgədə zorakıqlılar baş qaldırıb


Hökumət əleyhinə olan ruhaninin qətlindən sonra Suriyanın druz azlığının yaşadığı bölgədə zorakıqlılar baş qaldırıb. Ruhaniyə qarşı sui-qəsd zamanı 25 adam həlak olub.

Şeyx Vahid Balousun tərəfdarları maşına yerləşdirilmiş bomba hücumuna görə hökuməti günahlandırır.

Suriya televiziyası ilə nümayiş etdirilən kadrlarda partlayışdan sonra yaralıların dağıntılar altından çıxarıldığı nümayış etdirilib.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, qəzəbli sakinlər Sveyda bölgəsində iki təhlükəsizlik idarəsinə hücum edib.

Prezident Əsədin qatı tənqidçilərindən olan Şeyx Vahid Balous gənc druzları ordu sıralarında xidmət göstərməməyə çağırırdı.

O, Suriya ərazilərinin üçdə bir hissəsini ələ keçirən İslam Dövlətinin də əleyhinə idi.

Suriya müharibəsi 250 min insanın ölümünə, 1 milyon adamın yaralanmasına səbəb olub.

Bu arada İŞİD-lə rəqib döyüşçülər arasında döyüşlər bu gün də davam edib. Nəticədə hər iki tərəf çoxsaylı itki verib.

Dünən Hələb döyüşlərində 27 cihadçı və 20 döyüşçü həlak olub.

XS
SM
MD
LG