Accessibility links

ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyanın ən böyük neft yatağının nəzarətini İŞİD-dan geri alıb


ABŞ-ın başçılığı ilə koalisiya dəstəklədiyi qüvvələrin ekstremistlərə qarşı mübarizədə mühüm irəliləyişə nail olaraq, Suriyanın ən böyük neft yatağının nəzarətini İŞİD-dan geri aldığını bildirib.

İŞİD-in geri çəkildiyi vaxt kürdlərin başçılığı ilə Suriya Demokratik Qüvvələri (SDF) və Suriya hökumət qüvvələri İraqla sərhəddə neftlə zəngin Deyr Əz-Zor vilayətinin nəzarətini ələ almaq uğrunda rəqabət aparır.

ABŞ-ın dəstəyi ilə Suriya Demokratik Qüvvələri bazar günü genişmiqyaslı əməliyyat zamanı Əl-Ömər neft yatağının nəzarətini ələ keçirdiyini bildirib. SDF neft yatağının yaxınlığındakı binaların nəzarətini ələ aldığını və ərazidə döyüşlərin getdiyini bildirib. ABŞ-ın başçılıq etdiyi koalisiya SDF qüvvələrinin neft yatağının nəzarətini ələ keçirdiyini təsdiq edib.

Qərargahı Britaniyada yerləşən İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, hökumət tərəfdarı qüvvələr Əl-Ömər neft yatağı ətrafında İŞİD tərəfindən atəşə tutulduqdan sonra ərazini tərk edib. SDF-in bildirdiyinə görə, hökumət qüvvələri neft yatağından üç kilometrlik məsafədə yerləşir.

Rusiyanın hərbi təyyarələri və İranın sponsorluq etdiyi hərbi dəstələrin dəstək göstərdiyi Suriya ordusu Deyr Əz-Zor vilayətinin mərkəzinin nəzarətini demək olar bütünlüklə ələ alıb. Buraya Əl-Ömər neft yatağının Fərat çayı boyunca o biri tərəfində yerləşən Mayadin şəhəri də daxildir.

SDF əməliyyatlarını əsasən çayın şərq hissəsində, Deyr Əz-Zorun ucqar yerlərində aparır. Qrup əsas qaz yatağı və kiçik neft yataqlarının nəzarətini ələ keçirib.

İŞİD Əl-Ömər neft yatağına 2014-cü ildə Suriya və qonşu İraqda böyük əraziləri ələ keçirdiyi zaman nəzarət etməyə başlamışdı. Neft yatağından gündə 9 min barrel neft istehsal edildiyi təxmin edilir. Bu, ekstremistlərin əsas gəlir mənbəyi hesab edilir. İŞİD nəzarətində olan neft obyektlərinə ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən hava hücumlarından sonra hazırda neft yatağının hansı potensiala malik olduğu məlum deyil.

Suriya hökuməti Əl-Ömər neft yatağının nəzarətini 2013-cü ildə başqa üsyançılarla döyüşlər zamanı itirmişdi.

Suriya hökumət qüvvələrinin neft yatağının nəzarətinin SDF tərəfindən ələ keçirilməsinə hansı cavab verəcəyi aydın deyil. Əsəd Suriyanın bütünlüklə hökumətin nəzarətinə keçəcəyinə söz verib.

XS
SM
MD
LG