Accessibility links

Suriya ordusu Həlfaya şəhərini ələ keçirib


Suriya ordusu Hama şəhərində rəqib döyüşçülər və onların müttəfiqlərini hədəf alıb. Hərbi və monitorinq mənbələri qüvvələrin strateji əhəmiyyətli bölgədə irəliləyiş əldə etdiyini bildirir.

Hökumət qüvvələri Həlfaya şəhəri və yaxınlıqdakı kəndlərin nəzarətini ələ keçirib. Bu ərazilər ötən ildən bəri rəqib döyüşçlərin əlində idi.

Suriya qoşunları Dəməşqlə Hələb arasında strateji mahiyyət daşıyan magistral yol boyunca Hama vilayətinin Taybet Əl-İmam şəhərinə doğru irəliləyib.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu ordunun şəhərin nəzarətini tam ələ keçirdiyini bildirib.

Qırıcı təyyarələr Həlfayanı bombalayıb.

Rəqib döyüşçülər, Əl-Qaidənin sabiq cihadçıları və Suriya Azadlıq Ordusu son günlər şəhər uğrunda qəzğın döyüşlər aparır.

XS
SM
MD
LG