Accessibility links

Müşahidə qrupu: Suriya hökumətinin hava hücumlarında 23 nəfər həyatını itirib


Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, Suriya hökumətinin üsyançıların nəzarətində olan iki ərazidə keçirdiyi hava hücumları zamanı 20-dın çox insan həyatını itirib.

Hələbdə hücum zamanı azı 10 nəfərin öldüyü bildirilir. Bundan bir gün öncə Suriya hökumətinin ağır bombardmanları zamanı 19 nəfərin öldühü haqda məlumat verilib.

Verilən məlumata əsasən, Doumada hücumlarda azı 13 nəfər həyatını itirib, lakin bir neçə nəfərin ağır yaralanmasına görə ölənlərin sayının bundan artıq olacağı gözlənilir.

Zorakılıqlar fevral ayında Cenevrədə beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə edilmiş atəşkəs haqda razılığa baxmayaraq baş verib.

NATO-nun Baş katibi Yens Stoltenberq atəşkəs rejiminə əməl olunmasında gərgin müşahidə edildiyini, lakin ölkədə böhrana son qoyulması üçün hələ də imkanın olduğunu bildirib.

Hökumət tərəfdarı qüvvələr və müxalifət döyüşçüləri arasında döyüşlərin dayandırılması Suriyada hərbi əməliyyatların kəskin azalmasının əsas səbəbi olaraq göstərilir. Lakin tərəflər keçən bir neçə həftə ərzində döyüşlər daxil olmaqla, çox sayda zorakılıqların baş verdiyi haqda məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG