Accessibility links

Suriyada üsyançıların nəzarətində olan kəndə hava hücumu zamanı 28 mülkü şəxs öldürülüb


İnsan hüquqlarının monitorinq qrupu deyir ki, Suriyanın şimal-qərbində üsyançıların nəzarət ediyi şəhərə hava hücumları nəticəsində dörd uşaq daxil olmaqla, ən azı 28 mülkü şəxs öldürülüb.

Suriya İnsan Hüquqları Müşahidəsi təşkilatı şənbə günü bildirib ki, hava hücumları Türkiyə sərhədi yaxınlığında yerləşən İdlib vilayətinin Amanaz kəndi üzərində həyata keçirilib.

Britaniyada yerləşən təşkilat deyib ki, hava hücumlarının Suriya, yoxsa onların əsas müttəfiqi olan Rusiya tərəfindən keçirildiyi aydın olmayıb.

Xilaseetmə əməkdaşlarının verdiyi məlumata görə, üsyançıların hökümətin nəzarətində olan ərazilərə hücuma başlamasından sonra Suriya və Rusiya tərəfindən senytabrın 19-dan bəri keçirilən hava hücumları xeyli sayda mülki şəxslərin ölümünə səbəb olub.

Suriya və Rusiya hərbi rəsmiləri mülki şəxslərin öldürülməsini inkar edərək, yalnlz hərbi qoşunların hədəfə alındıqlarını bildiriblər.

XS
SM
MD
LG