Accessibility links

Tramp: Suriyaya hava zərbələri endirilib


Prezident Tramp cümə gücəsi ABŞ, Fransa və Britaniya qüvvələrinin Suriya prezidenti Bəşar əl-Əsəd rejiminə qarşı “birləşmiş əməliyyat” keçirdiklərini elan edib. Məqsəd Əsədin kimyəvi silah proqramına son qoymaqdır.

Tramp Ağ Evdən müraciət etdiyi zaman partlayışlar Dəməşq səmasını işıqlandırıb. Hücum indi dayanıb.

Bizim bu gecə atdığımız addmın hədəfi kimyəvi silahların istehsalı, yayılması və onlardan istifadəni dayandırmaqdır.
Donald Tramp, ABŞ Prezidenti

Associated Press xəbər agentliyi Dəməşqin şərqində səmaya tüstü qalxdığını xəbər verir. Şəhərin digər hissəsində alovlar müşahidə olunub.

Suriya dövlət televiziyası hücumların paytaxt civarındakı Barzeh şəhərində elmi mərkəzi hədəf aldığını xəbər verib.

Suriya mediası havadan müdafiə qüvvələrinin 13 raketi vurduğunu deyir.

Ağ Evdə millətə müraciət edən Tramp Əsəd üzərindəki "davamlı təzyiqi" saxlamağa hazır olduğunu bildirib. O, Əsədin öz xalqını beynəlxalq konvensiyalarda qadağan olunmuş kimyəvi silahlarla qırmasını dayandıranadək bunu edəcəyini söyləyib.

Fransa hərbi təyyarəsi hava zərbəsi endirmək üçün səmaya qalxır.
Fransa hərbi təyyarəsi hava zərbəsi endirmək üçün səmaya qalxır.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Paul Ryan Trampın “müttəfiqlərlə birgə qəti addım" atmasını alqışlayıb.

Senat Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn hava zərbələrini alqışlaylıb, eyni zamanda əlavə edib ki, "bunlar özü-özlüyündə ABŞ-a Yaxın Şərqdəki hədəflərinə nail olmağa" kifayət etməyəcək.

Senatdakı Demokrat azlığın lideri Çak Şumer də zərbələri alqışlayıb, eyni zamanda administrasiyanı münaqişəyə dərindən cəlb olunmamağa çağırıb.

Qərb qüdrətlərinin hava zərbələri ötən həftə Suriyanın Duma şəhərində 40 adamın ölümü və yüzlərlə adamın yaralanması ilə nəticələnən kimyəvi silah hücumuna cavabdır. ABŞ və onun müttəfiqləri Əsəd rejimini öz əleyhdarlarına qarşı qadağan olunmuş silahlardan istifadə etməkdə günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG