Accessibility links

Suriya hökuməti Cenevrə danışıqlarına qayıdır


Suriyanın BMT-dəki səfiri və danışıqlarda baş müzakirəçisi Bəşar Əl-Cəfəri
Suriyanın BMT-dəki səfiri və danışıqlarda baş müzakirəçisi Bəşar Əl-Cəfəri

Suriya hökumətinin nümayəndə heyəti bazar günü BMT-nin xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə danışıqların bərpası üçün bir həftəlik fasilədən sonra yenidən Cenevrəyə qayıdıb. Bununla belə, Qərb diplomatları hökumət nümayəndələrinin danışıqlarda iştirak etmək istəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər.

Suriyanın BMT-dəki səfiri və ölkədə yeddi ilə yaxındır davam edən müharibənin sona çatdırılması üçün siyasi həll tapmaq məqsədi daşıyan danışıqlarda baş müzakirəçisi Bəşar Əl-Cəfərinin Beyrutdan təyyarə ilə Cenevrəyə gəldiyi bildirilir. Cəfəri bu xəbərlə bağlı şərh verməkdən imtina edib.

Staffan de Mistura hökumət və birgə müxalifət nümayəndələri ilə danışıqların səkkizinci raunduna noyabrın 28-də başlayıb. Müzakirələrin diqqət mərkəzində konstitusiya islahatları və seçkilər olub.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura

Lakin danışıqlara bir gün gec gələn Cəfəri iki gündən sonra Cenevrəni tərk edib. O, prezident Bəşar Əl-Əsədin Suriyanın siyasi keçid dövründə heç bir rolu olmamasında təkid edən müxalifətin danışıqlar “yolunu minaladığını” bildirib.

De Mistura müxbirlərə keçən həftə deyib ki, o, hər iki tərəfin prosesi “sabotaj” etmədiyini dəyərləndirməyə çalışacaq.

“Müxalifət olduqca konstruktiv idi və prosesə başlamaq istəyirdi. Onlar beynəlxalq səviyyədə tənqid olunmaqla və rejimin Qutanın şərqi və başqa yerləri bombardman etdiyi üçün təzyiq altında olduqları üçün çətin vəziyyətdədir”, Qərb diplomlatlarından biri bildirib.

Diplomat Reuters xəbər agentliyinə deyib ki, hökumətin dekabrın 5-də planlaşdırıldığı kimi danışıqlar masasına qayıtmaması “siyasi prosesdə iştirak etməkdə maraqlı olmadığına dair açıq siqnal” idi.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin əvvəlində Soçidə Suriya ilə bağlı tədbirin keçirilməsini təklif edib.

Diplomatlar bu planı müharibəyə son qoymaq və Moskvanın müharibənin balanslaşdırılması və sülh prosesində əsas oyunçu kimi rolunu nümayiş etdirmək məqsədi daşıdığını hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG