Accessibility links

Suriya hökuməti Homs şəhərindən mülki əhalinin evakuasiyasına razılıq verib


Syria
Syria

Suriya hökuməti Homs şəhərindən mülki əhalinin evakuasiyasına razılıq verib. Suriyanın Xarici İşlər Nazirliyi bildirib ki, BMT müşahidəçiləri və yerli rəsmilərlə evakuasiyanın təşkili müzakirə edilib. Müxalifət fəallarının bildirdiyinə görə, hazırda şəhərdə 1000-nə yaxın ailə qalır. Suriya hökuməti üsyançıları insanlardan qalxan kimi istifadə etməkdə günahlandırır.

Evakuasiya tələbi ilə hökumətə müşahidəçi missiyasının rəhbəri Robert Mud müraciət edib. Ö, döyüş zonalarından qadın, uşaq və yaralıların evakusiyasını istəyib.

Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupu Homsda onlarla yaralı olduğunu bildirir. Qrup dünən əksəriyyəti mülki vətəndaşlar olmaqla, 79 adamın öldürüldüyünü deyir.

BMT-nin Təhlükəsizlik Şurası Suriyaya 300 nəfərdən ibarət müşahidəçi komandasının göndərilməsinə aprel ayında qərar verib. 90 günlük missiya iyulun 20-də başa çatmalıdır.

Dünın Böyük iyirmiliyin Meksika sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Liderlər Suriyadakı zorakılıqlarla bağlı fikir mübadiləsi aparıb. Onlar Suriyada zorakıqlara son qoyulmasının vacibliyi barədə razılığa gəldiklərini deyiblər.

Rusiya Əsəd hökumətini BMT-nin bütün ciddi ölçülərindən qorumağa çalışır.

XS
SM
MD
LG