Accessibility links

Suriya hökuməti 80 polisin öldürüldüyünü bildirib


Suriya hökuməti 80 polisin öldürüldüyünü bildirib
Suriya hökuməti 80 polisin öldürüldüyünü bildirib

Suriya hökuməti deyir ki, ölkənin şimal-qərbində hökumət əleyhinə nümayişlər zamanı həyata keçirilən hücum 80 polis zabitinin həyatına son qoyub.

Dövlət mətbuatı hücuma görə silahlı qruplaşmaları ittiham edib.

Suriyanın insan hüquqları fəalları isə ölkənin şimalında hökumətin nümayişləri dağıtdığı zaman ölənlərin sayının 35-ə çatdığını bildirirlər.

Cisr əl-Şuqur şəhərində hökumət əleyhinə nümayişlərin dağıdılması zamanı ölənləri dəfn etmək üçün minlərlə insanın küçələrə çıxmasından sonra nümayişçilər və hökumət qüvvələri arasında şənbə günündən başlamış zorakı toqquşmalar bu gün də davam edib. İnsan hüquqları qrupları cümə günü Həma şəhərində 63 adamın həlak olduğunu bildirir. Nümayişlər paytaxt Dəməşqdə də davam keçirilib.

XS
SM
MD
LG