Accessibility links

Suriya şəhərlərində silsilə partlayışlar törədilib


Suriyada hökumətin nəzarətində olan bir neçə şəhərdə və eləcə də kürd qüvvələrinin nəzarət etdiyi bir şəhərdə silsilə partlayışlar törədilib.

Şimal-qərbdə sahil bölgəsində yerləşən Tartus şəhərində Arzuna körpüsünün partladılması nəticəsində 11 nəfər həlak olub, 45 nəfər yaralanıb.

Dövlət televiziyasında ilk partlayışa avtomobilə yerləşdirilmiş bombanın partlamasının səbəb olduğu haqda məlumat verilib. Bunun ardınca isə insanlar yaralananlara yardım etmək üçün əraziyə yaxınlaşan zaman intiharçının üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində ikinci partlayış baş verib.

Məlumatlarda bildirilir ki, Homs şəhərinin Bad Tadmore məhəlləsində hərbi yoxlama məntəqəsinə edilmiş hücum zamanı azı iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Dövlətə məxsus medianın verdiyi məlumata görə, kürd qüvvələrinin nəzarəti altında olan Hasakeh şəhərində motosikletçinin özünü partlatması nəticəsində azı 3 nəfər həlak olub.

Bu arada, rəsmilər Dəməşq yaxınlığında Al Sabura yolunda törədilmiş partlayışda xəsarət alanlar barədə xəbəri təsdiqləməyib.

Partlayışların heç birinə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG