Accessibility links

Suriya dövlət mediası İsrailin Dəməşq yaxınlığına hava hücumu etdiyini bildirir


Suriyanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə, İsrail şənbə günü Suriya paytaxtı Dəməşq yaxınlığındakı hərbi posta bir neçə yerüstü raket atıb.

Hava hücumu Dəməşqdə bir neçə gün davam edən sakitlikdən sonra hökümət və müxalifət nümayəndələri Cenevrədə sülh danışıqlarında iştirak etdiyi bir vaxt zorakılıqların başladığı vaxta təsadüf edir.

İsrail ordusu cümə günü gecə yarısından bir az sonra Dəməşqin cənub Kisvah rayonu yaxınlığındakı hərbi əraziyə raket hücumu ilə bağlı şərh verməyib.

Dövlət xəbər agentliyi SANA raket hücumunun maddi ziyan vurduğunu bildirsə də, heç bir detal paylaşmayıb. Hesabatda həmçinin bildirilib ki, Suriya hava müdafiə qüvvələri iki İsrail raketini vurub.

İsrail Suriya vətəndaş müharibəsində Suriya höküməti tərəfində vuruşan Livanın Hizbullah militant qrupuna silah daşıyan konvoyu hədəf alan bir sıra hava hücumları həyata keçirib.

İsrail həmçinin münaqişə başlayandan bəri Suriyanın ən çox da İsrailin işğalı altında olan Qolan təpələri yaxınlığındakı bir neçə hərbi təsisini vurub. Sentyabr ayında İsrailin döyüş təyyarələri Suriyanın qərbində Aralıq Dənizi sahilindəki hərbi mövqeyə hücum edərək, iki əsgəri öldürüb, maddi ziyan vurub.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrupunun başçısı Rami Əbdürrəhman deyib ki, raket hücumu Suriya ordusunun 1-ci Diviziyasının yerləşdiyi Kisvahdakı ordu anbarını hədəf alıb.

O əlavə edib ki, ərazidə İran və Hizbullah qüvvələri də var, amma onların hədəf alınıb-alınmadığının məlum olmadığını deyib.

Bundan əlavə Müşahidə Qrupu və Ağ Dəbilqəlilər kimi tanınan Suriya Mülki Müdafiə xilasetmə qrupunun verdiyi məlumata görə, hökümət qüvvələri şənbə günü Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi ərazilərini bombalamağa və hava hücumları etməyə davam edib.

Suriya dövlət televiziyası üsyançıların Dəməşqin bir neçə məhəlləsini topla atəşə tutaraq, azı üç nəfəri yaraladığını bildirib. Bundan əlavə mərkəzi Bab Touma məhəlləsindəki Əl-Məryəmiyə Kiləsinə atəş açıldığı bildirilib.

Hökümət və müxalifət ötən çərşənbə axşamı Cenevrədə sülh danışıqlarını yenidən başladıb. BMT-nin apardığı danışıqlar həftəsonu dayandırılıb, lakin çərşənbə axşamı yenidən davam etdiriləcək.

Müşahidə Qrupu şəhəbə günü hökümətin Aberdinə hava hücumu zamanı altı nəfərin öldüyünü bildirib, Ağ Dəbilqəlilər isə hava hücumunun Harasta yaxınlığında bir nəfəri öldürdüyünü, qadın və uşaqlar daxil olmaqla bir neçə nəfəri yaraladığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG